top of page

“Total” şirkəti İranda fəaliyyətini dayandırdı-Sanksiyalar başladı


"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Patrik Puyanne bildirib.

O, bu addımı ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqələndirib: "Biz ABŞ-ın qanunlarına əməl edirik və buna görə də gəlirli İran bazarından çıxırıq”.

Baş direktorun sözlərinə görə, ABŞ-ın maliyyə sisteminə daxil olmadan dünyanın 130 ölkəsi ilə əməkdaşlıq etmək mümkün deyil.

P.Puyanne deyib ki, "Cənubi Pars” qaz yatağının 11-ci fazasından çıxmaqla 40 milyon dollar ziyan edəcəklər: "Günlərin bir günü "Total” yenidən İrana qayıdacaq. İldə 15 milyard sərmayə yatıran şirkətimiz üçün 40 milyon dollar heç nədir”.Azadpress.az


bottom of page