
İtaliya prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərə gəlib.
Azadpress.az xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Sercio Mattarella ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüş başa çatandan sonra İlham Əliyevin və Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
“İtaliya hazırda ATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”.
Bunu prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşdən sonra keçirilən brifinqdə deyib.APA