Ankara Baş Prokurorluğu Anıtqəbirdə Atatürkü təhqir edərək bunu sosial şəbəkələrdə paylaşan S.İ haqqında həbs qərarı verib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı çəkilən S.İ Anıtqəbir qarşısında video çəkdirib videosunu öz profilində paylaşmışdı. Video sosial şəbəkələrdə böyük etiraza səbəb olmuşdu. Etiraza səbəb olmuş video ilə bağlı Ankara Baş Prokurorluğu istintaqa başlayıb.
Prokurorluq yaydığı bəyanatda qadının saxlanılması ilə bağlı iş aparıldığını deyib.Azadpress.az