top of page

Tramp Obamanı yalan danışmaqda günahlandırıb


ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanı tənqid edərək onu yalan danışmaqda günahlanddırıb.

"Report" xəbər verir ki, bu barədə Tramp "Twitter"dəki səhifəsində yazıb.

ABŞ-ın hazırkı prezidenti ona diqqət yetirib ki, Obama Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsi barədə bilirdi.

"Niyə o, bununla bağlı heç nə etmədi? Bizim (seçkiöncəsi) qərargahımıza niyə demədi? Çünki bütün bunların hamısı böyük bir yalandır. O, düşünürdü ki, fırıldaqçı Hillari (ABŞ-ın keçmiş dövlət katibi və seçkilərdə Trampın rəqibi olmuş Hillari Klinton) qalib gəlməli idi" – deyə Tramp vurğulayıb.Azadpress.az


bottom of page