
Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı ittiham irəli sürülüb.
Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, ittiham Ermənistan Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsinə (hakimiyyəti qəsb etmə, yəni hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş addımlar və yaxud Ermənistan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla saxlanılması, həmçinin Ermənistan Respublikasının konstitusiya quruluşunun zorla devirilməsi) əsasən, 2008-ci ilin 1-2 mart tarixlərində ölkədə baş verən hadisələrlə bağlı irəli sürülüb.
Yerevan şəhərinin birinci instansiya məhkəməsi Robert Köçaryan barəsində qətimkan tədbiri qismində həbsin seçilməsi barədə vəsatət verib.Azadpress.az