Mərkəzi Afrika Respublikasında jurnalistlər – məşhur filosof Heydər Camalın oğlu Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev öldürülüblər.
Azadpress.az xəbər verir ki, bu barədə “Təhqiqatların idarə edilməsi mərkəzi”ndən iki mənbə məlumat verib. Adları çəkilən rusiyalılar həmin ölkədə “Vaqner” özəl hərbi şirkətinin işi barədə sənədli layihə üzərində işləyirmişlər.
Telekanalın mənbələrindən birinin sözlərinə görə, çəkiliş qrupunun ölümünü BMT-nin MAR-dakı missiyası və yerli dövlət qulluqçuları təsdiqləyiblər.
Mənbə iddia edir ki, rusiyalılar nəzarət-buraxılış məntəqəsində saxlanılıblar, daha sonra baş verənlər barədə məlumat yoxdur.
Həlak olanlar tanınıblar.