top of page

Çavuşoğlu və Pompeo böhran görüşü keçirəcəklər


Bu gün Sinqapurda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Mayk Pompeo arasında ikitərəfli görüş keçiriləcək.

Azadpress.az xəbər verir ki, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində keçiriləcək.

Görüş zamanı tərəflər amerikalı rahib Endryu Kreyq Bransonun həbsi məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.

Daha öncə ABŞ Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmadığı halda ölkəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini bəyan edib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page