ABŞ prokuroru Emini istintaqa çağırır


Rusiyanın ABŞ-dakı prezident seçkisinə müdaxiləsi işi üzrə xüsusi prokuror Robert Müllerin müğənni Emin Ağalarovu sorğuya çağırması sensasiya deyil.

Azadpress.az xəbər verir ki, bunu müğənni Eminin vəkili Skot Balber deyib.

Onun sözlərinə görə, Ağalarovun nümayəndələri Müllerin komandası ilə müğənninin ifadəsi barədə müzakirə aparıblar:

“Tərəflər hələ də istintaqın şərtləri ilə bağlı razılığa gələ bilmir. Nə Müllerin komandası ifadənin alınması üçün Rusiyaya getmək istəyir, nə də Ağalarov ABŞ-a".

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkisinə müdaxiləsi işi üzrə xüsusi prokuror Robert Müller müğənni Emin Ağalarovu 2016-cı ildə sorğuya çağırmışdı.

Müğənni 2016-cı ilin iyununda Donald Trumpın böyük oğlunu rusiyalı vəkillə görüşə sövq etməkdə günahlandırılır.Axar.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.