Bəzi sahibkarlar sui-istifadə hallarına yol verir


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri: "Bəzi sahibkarlar sui-istifadə hallarına yol verir" “Qanunsuz tikililərlə bağlı monitorinqlər həyata keçirilir. Bəzi sahibkarlar tərəfindən sui-istifadə hallarına yol verilir. Bununla bağlı səlahiyyətimiz çərçivəsində addımlar atırıq, eyni zamanda aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edirik”. Azadpress.az xəbər verir ki, , Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəhbərlik etdiyi qurumla Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində belə deyib. Komitə sədri sahibkarlara müraciət edib. O vurğulayıb ki, tikinti zamanı müvafiq dövlət qurumundan icazə alınmalıdır: “İcazə sənədi olmadan tikinti işlərinə başlamaq olmaz. Bəzi hallarda bu sənəd olmadan tikinti işləri həyata keçirilir. Sahibkarlar işlərini qanun çərçivəsində qurmalıdırlar”.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.