top of page

Asim Mollazadə:“SÜLH ERMƏNİSTAN ÜÇÜN YEGANƏ XİLAS YOLUDUR"


"Erməni cəmiyyəti başa düşür ki, bu ölkənin müstəqilliyi yalnız Azərbaycanla sülh əldə etməkdən keçir”.

Bunu "Sherg.az”a millət vəkili Asim Mollazadə deyib.

O bildirib ki, Ermənistan bölgədə sabitliyi pozan, təcavüzkar siyasət aparan dövlət kimi tanınır:

"Sülh Ermənistan üçün yeganə xilas yoludur. Ermənistan qonşularla ərazi iddiaları əsasında deyil, normal əməkdaşlıq səviyyəsində siyasətini qursaydı, xilas olub, müstəqil dövlətə çevrilə bilər. Ermənistanda bunu anlayan qüvvələr var.

Sadəcə olaraq, bu ölkədə qorxu çəkilməyib. Bəzi hərbi cinayətkarlar həbs edilsə də, onların üzərində tək Ermənistan məhkəməsinin deyil, beynəlxalq tribunalın hökmünə də ehtiyac var. Cəmiyyətin reallıqları anlaması üçün bu kimi problemlərin aradan qaldırılması vacibdir”.

Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Mətbuat mərkəzinin məlumatına görə, Masis şəhəri hərbi komissarlığının rəisi korrupsiyada ittiham olunaraq tutulub. O, çağırışçıların hərbi xidmətdən möhlət alması üçün cinayət işlətməkdə ittiham olunur. MTX-nin məlumatına əsasən, bu cinayətdə hərbi komissarlığın əməkdaşları, vasitəçilər, həkimlər və çağırışçılar iştirak ediblər.Azadpress.az


bottom of page