Azadpress.az xəbər verir ki,Rusiyanın Bakıda səlahiyyətlərinin icrasına yeni başlayan səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında belə deyib.
Səfir deyib ki, Azərbaycan prezidenti Moskvaya sentyabrda səfər edəcək və yeni sənədlər imzalanacaq:
"Azərbaycan və Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementlərinin daxil olacağı sənədlər paketinin imzalanması gözlənilir. İlk növbədə, əmtəə dövriyyəsinin artırılmasını qarşıya məqsəd qoymuşuq. Bu rəqəm 2017-ci ildə 2,6 milyard dollar təşkil edib. Onun daha da artacağına ümid edirik"
Ölkələr sənaye, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər:
“Tezliklə Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəksiniz və bu, daha da yaxınlaşmaq üçün fon yaradacaq. Sədrləri dəyişən İş Şurasının son zamanlarda fəallığı artıb. Bu mövqelərə energetika sahəsində münasibətlərimizin təşviqində maraqlı olan insanlar gəlib. Bizim tərəfdən şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətini planlaşdıran zaman biznes maraqları nəzərə alınmalıdır. İlin sonuna qədər iqtisadi əməkdaşlığımıza stimul veriləcək”.Azadpress.az