Prezident İlham Əliyev Baba Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Azərtac xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, indiyədək “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini Etibar Pirverdiyev tuturdu.Azadpress.az