Lukaşenko kartof sahəsinə çıxdı


Belarus lideri Aleksandr Lukaşenko öz tarlasında kartof və qarpız yığıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Lukaşenkonun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, yayın quraq olmasına baxmayaraq, məhsul bol olub: yarım hektar ərazidən 60 ton kartof yığılıb.

Qeyd edilib ki, Belarus lider yığılan kartofun bir hissəsini uşaq evlərinə və internatlara veriləcək.

Bundan başqa, Lukaşenko qarpız da yığıb. 1,6 hektar ərazidən 42 ton qarpız yığılıb. Yığımdan sonra Belarus prezidenti və köməkçiləri tarlada qarpızın dadına baxıblar.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.