top of page

Türkiyə Əsədə xəbərdarlıq etdi


Suriya hökumətinin İdlibdə hərbi əməliyyata başlamaq planı olduqca risklidir.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə bəyan edib:

“Bunların fikri İdlibi ələ keçirməkdir. Bu, çox risklidir. Hər cəhətdən faciəvi ola bilər”.

Çavuşoğlu həmçinin bildirib ki, bu planın yanlış olduğu Rusiya tərəfinin diqqətinə çatdırılıb.


bottom of page