top of page

Hərbi xidmətdə olan Heydər Əliyev əsgər andı içib


Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.  Azadpress.az xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə edib.  Daha sonra gənc əsgərlər and içiblər. Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. 


bottom of page