
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır.
Bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay bildirib. C.Appaturay deyib:
“Azərbaycan bizim davamlı tərəfdaşımızdır. Biz həmişə Azərbaycanın beynəlxalq təhlükəsizliyə və NATO-nun Əfqanıstandakı səylərə verdiyi töhfəni alqışlayırıq“. O xatırladıb ki, Azərbaycan NATO sülhməramlı missiyası üçün tranzit imkanları yaradır, həmçinin digər yollarla dəstək olur. Xüsusi nümayəndə bildirib:
“Bizim yaxşı əməkdaşlığımız var və mən bunun davam edəcəyini gözləyirəm”. Azadpress.az