top of page

Rusiya hərbi təyyarəsi Suriyada vurulub


Rusiyanın göyərtəsində 14 hərbçi olan "İl-20" təyyarəsi sentyabrın 17-si axşam saatlarında Aralıq dənizi hövzəsi üzərində itib. Azadpress.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin xəbərinə istinadən RİA "Novosti" məlumat yayıb. "Sentyabrın 17-si saat təqribən 23.00-da Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın "İl-20" təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib", - deyə məlumatda bildirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə İsrailə məxsus dörd "F-16" təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib. Həmçinin bildirilir ki, Rusiya hava məkanına nəzarət vasitələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb.Report 


bottom of page