top of page

Sevil Nuriyevanın həyat yoldaşı Türkiyədə qətlə yetirildi


Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda silahlı basqına məruz qalıb. Enter.News Türkcə xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib.

Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu Gözəl Dəmirov adlı şəxsin həyata keçirdiyi bildirilir. Hazırda onun axtarışları aparılır.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi.

***

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.Azadpress.az


bottom of page