top of page

İranda hərbi parad zamanı terror nəticəsində 28 nəfər ölüb


İranın Əl-Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, daha 60 nəfər yaralanıb.  Azadpress.az  xəbər verir ki,  İran Parlamentinin Müdafiə komitəsi sədrinin müavini Əbu Fəzl Biqi belə deyib. "Ölənlərin sayı 28-dir, yaralıların sayı 60 nəfərə çatıb", — deyə sədr müavini bildirib. O qeyd edib ki, hadisə yerində hücum edənlərdən üçü öldürülüb, qalanları isə xəstəxanada ölüblər. Parlament rəsmisinin sözlərinə görə, terrorçular Səudiyyə Ərəbistanı və İsrail Mossadından dəstək alıblar. Əbu Fəzl Biqi həmçinin bəyan edib ki, terrorçular İraq Kürdüstanından gəliblər və İranın əvvəllər zərbə endirdiyi silahlı birləşməyə aiddirlər.


bottom of page