top of page

"Əlilliyi olan gənclərin cəmiyyətin ayrılmaz hissəsi hesab edilməlıdır"


Azadpress.az xəbər verir ki,BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumunda çıxışında belə deyib.

Karl Kulessa, BMT-nin Əhali Fondunun Azərbaycan, Türkiyə və Gürcüstan üzrə ölkə direktoru, Bakıda 24-28 sentyabr tarixlərində keçirilən Forumda gənclərin səlahiyyətlənməsi mövzusunda çıxış edib. Forumun 2-ci günündə Karl Kulessa gənc liderlərin formalaşması mövzusunda paneli idarə edib.

“Əlilliyi olan gənclərin cəmiyyətin ayrılmaz hissəsi hesab edilməsi, inklüzivliyin inkişafı və onlara inkişaf şəraitinin yaradılması – onların əsas hüquqlarının tanınması deməkdir” – ölkə direktoru qeyd edib.

O, BMT-nin Əhali Fondu tərəfindən 2016-cı ildə təsis edilən “Özümüz qərar verək!” adlı proqramın əlilliyi olan qadınların və gənclərin cəmiyyətdə onlara qarşı stereotiplərin qırılmasında vacib addım olduğunu deyib.

“Biz hamımız bilirik ki, fiziki sağlamlığın olması və ya olmaması, bizə cəmiyyətimizin daha inklüziv olması üçün çalışmağımıza heç bir maneə yaratmır” – Karl Kulessa əlavə edib.

Xatırladaq ki, BMT-nin Əhali Fondu Bakıda keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumunun tərəfdaşıdır. Forumun açılış mərasimində Xüsusi Olimpiya Hərəkatının Avropa və Avrasiya nümayəndəliyi və BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisi arasında tərəfdaşlığın davam edilməsi üzrə anlaşma memorandumu imzalanıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page