top of page

“Porsche” 70-ci illərin modelini “həyata qaytarır”


"Porsche" şirkəti 935/78 modelini yenidən istehsal edəcək.

Azadpress.az ölkə.az-a istinadən xəbər verir ki, 1970-ci illərin sonunda istehsal edilən bu model "Mobi Dik" adlandırılırdı. Yeni modelin xarici görünüşü müasir üslubda hazırlanıb. Məsələn, arxa fənərlər "Leman 919" modelinin arxa fənərlərinə bənzəyir. Səsboğucu isə "Porsche 908" modelini (1968-ci il istehsalı) xatırladacaq. İnteryer karbon və alkantarla hazırlanıb. Rəqəmsal cihazlar qurğusundan başqa salonda təhlükəsizlik karkası, çıxarılan yarış sükanı və xüsusi təhlükəsizlik kəməri var. Yeni model 700 at güclü, 3.8 litr həcmli turbo mühərriklə təchiz edilib. Aqreqat 7 pilləli robot sürətlər qutusu ilə işləyir. Almanlar cəmi 77 model istehsal etmək fikrindədirlər. Hər bir modelin qiyməti isə minimum 702 min avro olacaq. Model gələn ilin iyun ayında satışa çıxacaq.


bottom of page