Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin müdafiə naziri Aviqdor Liberman, Baş Qərargah rəisi Qadi Ayzenkot və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.Azadpress.az