top of page

"Hibdrid mühərrikə görə rüsum ləğv edilməlidir"


Son zamanlar Bakıda hibridlə işləyən avtomobillərin sayı artır. Sevindirici haldır ki, vətəndaşlar ətraf mühitə ziyan vurmayan,insan sağlamlığına zərər verməyən avtomobillərə üsütünlük verirlər.Lakin belə maşınlara da mühərrik həcminə görə tətbiq edilən rüsum avtomobilin qiymətinin yüksək olmasına gətirib çıxarır.Avtomobil üzrə ekspert Eldəniz Cəfərov teleqraf.com saytına belə deyib.

"Bunlar həm qənaətcildir, həm də ətraf mühitə demək olar ki,ziyan vurmur. Benzinlə, eyni zamanda elektriklə işləyir. Üçüncüsü də mühərriki səssiz olur. Belə maşınlara Bakı kimi şəhərdə çox ehtiyac var. Vaxtilə ölkəmizə xaricdən o qədər köhnə avtomobil gətirilib ki, ətraf mühitə zərər verən hərəkət edən böyük bir zibillik yaranıb. Neft istehsalçısı, idxalçısı ölkəsi kimi özümüz maraqlı olmalıyıq ki, dünyada hibrid avtomobillərin istehsalı artsın. Çünki onların da bateriyaları neftdən düzəldilir.

Biz xammal satan ölkəyik, bizə sərf edir ki, neftimiz çox satılsın, tələbat artsın. Bunu əslində lobbiləşdirməliyik. Gürcüstan bu siyasəti tətbiq edir. Yəni hibrid avtomobillər ölkəyə gətirilərkən çox cüzi rüsum tətbiq olunur. Benzin və digər yanacaq növləri ilə işləyən avtomobillərə rüsum qoyulub, amma hibrid mühərrikli avtomobillərə çox cüzi rüsum qoyulduğu üçün vətəndaşlar ikinci əl olsa da hibrid avtomobil gətirirlər. Biz də buna keçməliyik"

Eldəniz Cəfərov deyib ki,2019-cu il yanvar ayından Almaniyada dizel mühərriki ilə işləyən avtomobillərin böyük şəhərlərə daxil olmasına qadağa qoyulacaq. Avropa ölkələrində dizel mühərrikli avtomobillər qadağan olunandan sonra onların postsovet ölkələrinə, o cümlədən Azərbaycana ixrac olunacaq. Buna görə də ölkəmizə zərərli bir dalğa gəlir.

Bu baxımdan hibrid avtomobillərin ölkəyə idxalını gücləndirmək üçün gömrük rüsumlarını endirmək vacidbir. Eyni zamanda Mərkəzi Bank göstəriş verə bilər ki, kommersiya bankları birinci əl avtomobillərin kreditləşməsi üçün faizləri endirsin. Belə olsa vətəndaşlar təzə, ekoloji cəhətdən zərərsiz maşınlar alacaq, köhnələr isə dövriyyədən çıxacaq.

"Biz çalışmalıyıq ki, ölkənin avtomobil parkı tam yenilənsin. Çünki ekologiyanın çirklənməsindən zərər çəkən ölkəyik. Köhnə avtomobillər həqiqətən ətraf mühitə çox zərər vurur, burda söhbət sadəcə havaya atılan zərərli maddədən getmir.

Son zamanlar insanlarda xərçəng, insult, ürək xəstəliklərinin sayı artıb. Ətraf mühitə buraxılan zərərlər maddələr insan ömrünün azalmasına, xəstəliklərin çoxalmasına gətirib çıxarır"-deyə,ekspert bildirib.Azadpress.az


bottom of page