top of page

Gürcüstanda prezident seçkilərinin ikinci turu olacaq


Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçib. Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir. Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir. Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür. Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb. Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.Azadpress.az 


bottom of page