top of page

"Toyota" Azərbaycanda beynəlxalq müsabiqəyə start verdi


"Toyota"nın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi “Toyota Dream Car” Art Contest “Toyota Arzuların Maşını” 13-cü beynəlxalq rəsm müsabiqəsini Azərbaycanda elan edib.

Müsabiqədə Azərbaycan Respublikasında yaşayan 1-15 yaşa qədər olan hər bir uşaq iştirak edə bilər. Müsabiqə üç yaş kateqoriyasında keçirilir: 0-8, 8-11, 12-15. Rəsmlər karandaş, yağlı karandaş(pastel),flamaster, boya, yağlı boya, akvarel ilə A3 formatlı kağızda çəkilməlidir.

Rəsmlər 6 noyabr 2018 tarixindən 6 yanvar 2019 tarixinə qədər Toyota Bakı Mərkəzində qəbul edilir. Milli müsabiqənin 9 qalibi diplom və hədiyyə ilə mükafatlandırılacaq. Mükafat qazanmış rəsmlər Dünya üzrə müsabiqəyə göndəriləcək. Müsabiqənin dünya üzrə qalibləri valideyinləri ilə birgə Yaponiyaya səyahət-baş mükafatını qazanacaq.

Əziz valideyinlər, uşaqlarınızın fantaziyalarına imkan yaradın, gələcəyin Toyotasını çəksinlər.

İştirakçılardan xahiş olunur ki, rəsmləri Toyota Bakı Mərkəzinə gətirsin. Əlaqə nömrələri: 012 496 70 10 (marketinq), Mob:050 265 70 77, watsapp:050 577 22 29 Toyota Bakı Mərkəzi /Marketinq departamenti/ Bakı, Xətai r-nu, F.Bayramov-26


bottom of page