Azərbaycanda doğulan İsrail vətəndaşı mer oldu


İsraildə bələdiyyə seçkilərinin ikinci turu başa çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, vaxtilə Azərbaycanda yaşamış Arkadi Pomeranets İsrailin Maalot-Tarşiha şəhərinin meri seçilib.

A.Pomeranets seçicilərin 64,4 faiz səsini yığaraq son 42 il ərzində şəhərə rəhbrəlik etmiş Şlomo Buxbutanı qabaqlayıb.

Arkadi Pomeranets Bakıda anadan olub və orta məktəbi burada bitirib. O, İsrail mətbuatına müsahibəsində mer seçildikdən sonra övladlarına əslən haradan olduğu yeri göstərmək, həmçinin bələdiyyələr səviyyəsində münasibətlərin qaydaya salınması imkanlarını müzakirə etmək üçün məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini deyib.Azadpress.az