Yeni "Lexus ES" Bakıda satışa çıxarılıb


Cəsur görünüşə hazır olun, çünki Lexus bu dəfə öz iddialarını da qabaqlayıb.

Bakıda təqdim olunan yeni ES modeli biznes sedan seqmentindəki bütün gözləntiləri doğruldub. Komfort, dəbdəbə və eleqantlığına görə həmişə yüksək qiymətləndirilən ES-in yeni modelində bu keyfiyyətlər tamamilə fərqli platformada davam etdirilir. Avtomobil gövdəsinin dizaynı indi daha dinamik və cəsarətlidir, idarəetmə komfortu böyük zövq verir.

Azadpress.az xəbər verir ki, Lexus ES Bakıda satışa çıxarılıb.

Yeni nəsil Lexus ES rahat və rəvan idarəni təmin edən 3 müxtəlif mühərrik növü ilə təklif olunur: 4 silindrli 2,0 və 2,5 litrlik mühərrik və 302 at gücündə olan 3,5 litrlik V6 mühərriki.

ES yeni Global Architecture-K platforması üzərində yaradılıb. Bu da dizaynerlərə həm valehedici görünüşə, həm də zövqlü idarəetməyə malik ES yaratmaq imkanı verib. Yeni tanıdılan F SPORT-un komplektasiyası isə digərlərindən xeyli fərqlidir, belə ki, o, yeni ES-in idman ruhunu vurğulayır, eyni zamanda da maksimum sürüş keyfiyyətini və dəqiq nəzarəti təmin edir. Bütün Lexus modellərinin interyeri həm sürücünü, həm də sərnişinləri rahat və geniş sahə ilə təmin edir. Arxa oturacaqdakı sərnişinlərin komfortu hər zaman ES-in özəl cəhəti olub. Yeddinci nəsil ES genişlik özəlliyini qoruyaraq elə bu mirasa əsaslanır.

Qeyd edək ki, avtomobilin profili şıq kupe stilində işlənib – tavan, kapot və baqajın aşağı relyefli cizgiləri sayəsində ES daha geniş görünür. Təkər sistemi və kapot uzadıldığı üçün axıcı gövdə dizaynı əldə olunub. Salon içində səssizliyin yüksək səviyyəsi, kənar səslərə nəzarət yeni ES modelində daha diqqətlə tənzimlənib. Bütün sərnişinlərə qüsursuz rahatlıq vəd olunur: sıralar arasındakı məsafə artırıldığına görə iç məkan daha komfortludur. Avtomobillə səyahət üstün güvənliklə təmin olunur: ən yeni “Lexus Safety Sistem + ” indi piyadaları həm gecə, həm də gündüz aşkar etmək xüsusiyyətinə malikdir.

Lexus-un yeni modelləri barədə ətraflı məlumat almaq üçün www.lexus.az saytını ziyarət edə bilərsiniz.

Əlaqə telefonu: (012) 490 50 50


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.