N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları Lənkəran Peşə Liseyində “Mədəni özünüifadə” tədris modulu üzrə ustad dərsləri keçiriblər. Peşə Liseyindən verilən məlumata görə,Müasir Peşə Təlimində Mədəni özünüifadə modulu vacib yerlərdən birini tutur. Gündəlik həyatımızda baş verən məsələlərdə və insanlarla qurduğumuz dialoqlarda, ölkəmizi digər ölkələrdə tanıtmaqda, özümüzü sərbəst şəkildə ifadə etməyimizdə , ən əsası cəmiyyətdə ünsiyyət qurmağımızda bu modul böyük rol oynayır. Bu təlimin daha yadda qalan və gənclərimi tərəfindən daha keyfiyyətli mənimsəməsi üçün Lənkəran Peşə Liseyinə bu sahədə təcrübəsi olan, uğur qazanan ziyalılarımız ustad dərsləri keçmək üçün dəvət olunurlar.
Lənkəran Peşə Liseyində bu modul üzrə ilk ustad dərslərini N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları Azərbaycanın Xalq Artisti, Prezident Təqaüdçüsü Qabil Quliyev, Azərbaycanın Əməkdar Artstləri Adil Zeynalov və Sücəddin Mirzəyev keçiblər. 3 fərqli auditoriyada mədəni özünüifadə ilə bağlı ustad dərsləri Lənkəran Peşə Liseyinin mühəndis pedaqoji və şagirdləri üçün böyük maraq doğurub.
Belə tədbirlər ölkəmizdə peşə təhsili istiiqamətində aparılan islahatların daha keyfiyyətli, səmərəli və faydalı olması üçün vacib şərtlərdən biridir. Lənkəran Peşə Liseyi yeni qəbul olunmuş bütün tədris modulları üzrə müasir tədris metodlarından istifadə etməyi davam etdirəcəkdir. Azadpress.az