top of page

Lənkəranda peşəyönümü işinin təşkili layihəsinə start verilib


Lənkəran Peşə Liseyi Lənkəran Şəhər Təhsil Şöbəsi ilə birgə “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” ilə bağlı yeni layihəyə start verib. 

Azadpress.az xəbər verir ki,  Azərbaycan Müəllimlərinin XV Qurultayında bu mövzu panel müzakirələrinə çıxarılmışdı və pedaqoji içtimaiyyət tərəfindən marağa səbəb olmuşdu.

Liseydən verilən məlumata görə, bu  mövzuda regionlarda ilk dəfədir ki, Təhsil Şöbəsi və Peşə Müəssisəsi bu formatda layihə həyata keçirir.

Layihə çərçivəsində ilk tədbir V.Əliyev adına Lənkəran Şəhər 4 saylı Məktəb Liseydə reallaşmışdır. Tədbir sərgi –seminar faomatında gercəkləşmişdir. Sərgiə Lənkəran Peşə Liseyinin müxtəlif qruplarının hazırladıqları əl işləri nümayiş olunub, Peşə Təhsili və Təlimi ilə bağlı şagirdlərə, valideynlərə və müəllimlərə ətraflı məlumat verilmişdir. Tdbir çərçivəsində məktəb şagirdləri özləri müəyyən istehsalat prosesinə qoşulmuşlar. Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İsmayılov, Lənkəran 4 saylı HTML müdiri Yeganə Əskərova, Lənkəran Peşə Liseyinin müdiri Afər Kərimov ölkədə peşə təhsili sahəsində aparılan islahatlar, gənclər arasında peşə seçiminin vacibliyi, peşə seçiminin karyera inkişafı mövzusunda çıxış etmişlər. 

Sərgi- seminar zamanı uşaq futbolunun inkişafı ilə bağlı Lənkəran Peşə Liseyinin həyata keçirdiyi sosial layihə çərçivəsində Lənkəran şəhər 4 saylı HTML ibtidai siniflərinə Lənkəran Peşə Liseyi tərəfindən hazırlanan mini futbol qapıları hədiyyə edilib. Azadpress.az  


bottom of page