"RedStop" təşkilatı orta-statistik rüşvətxorun psixoloji portretini tərtib edib.
Təşkilatın psixoloqlarla birgə araşdırmalarının nəticəlrinə görə,korrupsionerlərin tipik xüsusiyyətləri var.Bunlar əsasən vəzifəli cinayətkarlar-orta yaşı qırx olan kişilərdir.Eyni zamanda korrupsiya cinayəti törətmiş qadınlar da digər cinayət törətmiş qadınlardan çoxluq təşkil edir. Rüşvətxorların böyük əksəriyyəti- ali təhsilli,ailəli və uşaqlı olanlardır.Ənənəvi olaraq onlar spirtli içki demək olar ki,qəbul etmirlər və ictimai əsayişi pozmurlar.Korrupsionerlər enerjili və ünisyyətçil olmaları ilə seçilirlər.Onlar emosiyalarını cilovlamağı bacaran,stresə davamlı olurlar. Adətən rüşvətxorlar bu cinayətə pul çatışmazlığına görə əl atırlar.Həbs olunan rüşvətxorların üçdə biri etiraf edib ki,maddi çətinliyə görə bu addımı atmalı olublar.İfşa olunanların üçdə ikisi isə daha yaxşı yaşamaq üçün bunu etdiklərini deyiblər.Korrupsiya cinayətinə görə həbs edilənlərin yarısı mənəvi cəhətdən zəif olan insanlardır.Azadpress.az