Ermənistanda seçkilərin qalibi məlum oldu


Mərkəzi Seçki Komissiyası bülletenlərin 20,06%-nin (Yerevan şəhərindən hələ heç bir məntəqənin nəticəsi yoxdur) nəticələrini elan edib.

Paşinyanın “Mənim Addımım” Bloku 70,05% səslə mütləq liderliyini qoruyub saxlayır. Sonrakı yerlərdə Çiçəklənən Ermənistan (8,57%), Respublikaçılar Partiyası (4,18%), İşıqlı Ermənistan (6,36%), Daşnaksütyun (4,67%), Orinats Yerkir (1,03%), Sasna Tsrer (1,55%) və başqaları qərarlaşıblar.

Artıq səslərin 9,3 faizi sayılıb (2010 məntəqədən 187-si). Hazırkı nəticəyə görə Paşinyanın bloku 67,24%-lə liderlik edir, S.Sarkisyanın partiyası isə 4,05% səs toplayıb.

Qeyd edək ki, parlamentə düşmək üçün partiyalar üçün baraj 5%, bloklar üçün 7%-dir.

Onu da qeyd edək ki, müşahidəçilər “Mənim Addımım” Blokunun 80% civarında səs toplayacağını ehtimal edirlər. Serj Sarkisyanın Respublikaçılar Partiyasının isə parlamentə düşmə ehtimalı zəif qiymətləndirilir.

İnternet üzərindən onlayn səsvermədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” Bloku qalib gəlib.

Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası səslərin 5,09 faizini toplayıb. Bu səbəbdən partiyanın parlamentdə təmsil olunmaq şansı yoxdur.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.