Arvadını eyvandan atan art-direktor hansı narkotikləri qəbul edib?


Dekabrın 11-nə keçən gecə saat 3 radələrində Nəsimi Rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Taxveli Ramiz Pərviz oğlunun sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub.

Barbituratlar tibdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur. İnsana yuxu gətirir və sakitləşdirici təsir göstərir. Toz və rəngli kapsullar şəklində satılır. Daimi istifadə xəstəni dərmandan asılı vəziyyətə salır. Alkoqolla və başqa narkotiklərlə qəbulu olduqca təhlükəlidir.Qaqazinfo.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.