top of page

Marneulinin içra başçısı həbsdən azad olunub


Gürcüstanın Marneuli rayonunun keçmiş meri, əslən azərbaycanlı Temur Abazov girov qarşılığında azadlığa çıxıb.

Azadpress.az xəbər verir ki, hakim keçmiş meri 10 min lari girov qarşılığında məhkəmə zalından sərbəst buraxıb.

Xatırladaq ki, Abazov bu il iyunun 13-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və təhqiredici davranış faktına görə saxlanılıb. Sentyabrın 5-da Temur Abazova qarşı ittiham bir az da ağırlaşdırılıb. O, şəxsi həyata aid materialların ələ keçirilməsi, internet üzərindən və sosial şəbəkələrdə yayılması maddələri ilə günahlandırılıb. Keçmiş meri 5 ildən 10 ilədək həbs cəzası gözləyirdi.


bottom of page