Rusiya Xarici İşlər Nazirliyiinin rəsmi nümayəndəsi Mariya Zaxarova prezident Vladimir Putinin növbədənkənar parlament seçkilərində qələbə qazanmış Nikol Paşinyanı təbrik etməməsinə münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, M.Zaxarova erməni jurnalistin “Putin Paşinyanı niyə təbrik etmədi” sualını belə cavablandırıb: “Mənə elə gəlir ki, bu bir kişiyə səni sevib-sevmədiyini soruşmağa bənzəyir. Halbuki o, bunu dəfələrlə söyləyib”.
Jurnalistin yenidən ünvanladığı “təbrik olacaqmı” sualına isə cavabında Zaxarova “ Mən artıq cavabı verdim” deyib.
Bununla da belə nəticəyə gəlmək olar ki,Putin Paşinyanı parlament seçkilərindəki qələbəsinə görə təbrik etməyəcək.Azadpress.az