Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Moskvanın Ukraynanın şərqində yaradılan separatçı qurumları tanımamasının səbəbini izah edib. Azadpress.az xəbər verir ki, “Komsomolskaya Pravda” radiosunun efirində danışan nazirin sözlərinə görə, bu halda, Rusiya Ukrayna hakimiyyəti ilə münasibətləri qəti itirəcək. “Siz “LXR” və “LXR”i (“Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” separatçı qurumları – red.) tanımaq istəyirsiniz? Sonra nə olacaq? Bütün qalan Ukraynanı itirmək, onu nasistlərə saxlamaq?” - nazir qeyd edib. Lavrov Rusiyanın Ukrayna hakimiyyəti ilə vuruşmadığını bildirib. “Biz Ukrayna hakimiyyəti ilə vuruşmuruq. Ukrayna hakimiyyəti ilə Donbasda yaşayan vətəndaşlar vuruşurlar, çünki ölkədəki rəsmi hakimiyyət nasistlərin bütün xüsusiyyətlərinə malikdir”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı əlavə edib.