Lukaşenko KTMT-nin baş katibi təyin edilməsi haqqında qərarı imzalayıb


Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunub.

“Report” BelTA-ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının bununla bağlı qərar layihəsini imzalayıb.

Qeyd edək ki, bundan əvvəl KTMT üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək vermişdilər. Hətta Prezident Aleksandr Lukaşenko KTMT-nin digər üzvü olan Ermənistanın S.Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiyini bildirmişdi.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.