top of page

İsrailin baş naziri Netanyahunun qardaşı Qubaya gəlib


İsrail baş nazirinin doğma qardaşı, tanınmış dramaturq İdo Netanyahu Azərbaycanda səfərdədir. Bu barədə stmegi.com xəbər yayıb. Bildirilir ki, İ. Netanyahu Quba rayonunun Qızmızı Sloboda qəsəbəsində olub. O, iki sinaqoqa və dağ yəhudiləri mesenatlarının təşəbbüsü ilə inşa edilməkdə olan dağ yəhudiləri muzeyinə baş çəkib. Siyasi ekspert Arye Qutun verdiyi məlumata görə, İ. Netanyahu Qırmızı Sloboda qəsəbəsinə səfərindən məmnun qalıb. O deyib ki, qəsəbə dağ yəhudilərinin yaşaması üçün möhtəşəm və əsrarəngiz bir yerdir. “Burada dağ yəhudilərinin adət və ənənələrinin qorunması təqdirəlayiqdir”, - deyə qonaq bildirib. Bundan əlavə, dünən İ. Netanyahu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə görüşüb. Qeyd edək ki, dekabrın 22-də saat 19:30-da Beynəlxalq Muğam Mərkəzində İ. Netanyahunun “Anlamın axtarışında” pyesinin premyerası baş tutacaq.Azadpress.az


bottom of page