top of page

Ermənilər KTMT-yə güvənmir


“KTMT nizamnamələrində yazılanlar ya hər şey, ya da heç bir şey haqqındadır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər İrəvanda keçirilən “KTMT ilə bağlı xüsuslar, təhdidlər və hüquqi nöqteyi-nəzərdən inkişaf” adlı konfransda Ermənistan silahlı qüvvələrinin polkovniki, Vazgen Sərkisyan adına hərbi akademiyanın eksperti, polkovnik Armen Qaliçyan tərəfindən səsləndirilib. Onun sözlərinə görə, KTMT ölkələri içində təşkilatın fəaliyyətinin pozulmasına yönəlik “informasiya aksiyaları” hökm sürür. “Bütün bunlar KTMT çərçivəsində görülən işlərin qeyri-qənaətbəxş olduğunu göstərir”,-deyə erməni polkovnik qeyd edib. Qaliçyanın fikrincə, Qazaxıstanda keçirilən təlimlərdə tərəflərin qarşısına kokret hədəflər qoyulsa da iştirakçılardan heç biri nə ilə məşğul olacağını bilməyib. “Bu həm bir-birinə etimadsızılığı, həm də başqa problemləri göstərir. Bir çox məsələrə yenidən baxılmalıdıtr. Bütün bunlar isə yaxşı heç nəyə gətirib çıxarmayacaq”,-deyə Qaliçşyan fikrini yekunlaşdırıb.Azadpress.az  


bottom of page