Tanınmış ifaçı Təbrizdə konsert proqramı ilə çıxış edəcək


Azərbaycanın tanınmış balaban ustası Rafael Əsgərov İranın Təbriz şəhərində konsert proqramı ilə çıxış edəcək.

Rafael Əsgərov İranın tanınmış sənətçisi Pərvaz Humay dəvəti ilə on beş gün səfərdə olacaq.Sənətçinin Azadpress.az-a verdiyi xəbərə görə, dekabrın 28-dən etibarən ilk olaraq Təbrizdə, daha sonra isə Tehranda və İranın digər şəhərlərində silsilə konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, Rafael Əsgərov Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovu balabanda müşayət edir.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.