Kamal Abdulla oxucularının görüşünə gəldi


Bakı Kitab Mərkəzində tanınmış yazıçı Kamal Abdulla ilə görüş keçirilib.

Azadpress.az xəbər verir ki, görüş “Yazıçı və dialoq” layihəsi çərçivəsində baş tutub.

Görüşdə yazıçılar Anar, Fəxri Uğurlu, Tahir Kazımlı, Şərif Ağayar, akademik Muxtar İmanov, tanınmış ədəbiyyatşünaslar, ADU-nun müəllim və tələbələri, media nümayəndələri iştirak ediblər.

İştirakçıların suallarını cavablandıran Kamal Abdulla ədəbiyyat haqqında fikirlərini bölüşüb. O, Azərbaycan ədəbiyyatında mifologiyanın tutduğu yerdən danışaraq bildirib ki, dilimiz də mifoloji qatlarla zəngindir.

Daha sonra ADU-nun müəllimi Dilbər Zeynalova Kamal Abdullanın çox sevilən "Unutmağa kimsə yox" şeirini səsləndirib.

Görüş sual-cavab şəraitində davam edib.

Aznews.az-a istinadən


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.