Azərbaycanda FETO-çuların həbsinə başlandı


Türkiyə xüsusi xidmət orqanları Bakıda Gülənin tərəfdarını yaxaladılar.

Fətullah Gülənin terror təşkilatının tərəfdarı Mehmet Gelen Azərbaycandan Türkiyəyə aparılıb.  Azadpress.az huriyet.com.tr istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan Gelenin tutulması üzrə əməliyyatı Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları həyata keçiriblər. Türkiyə kəşfiyyatının əməkdaşları əvvəllər Gülən tərəfdarlarının Azərbaycanda açdığı məktəblərdən birində işləyən saxlanılanı nəzarətdə saxlayıblar. Mehmet Gelenin saxlanılması üzrə əməliyyat onun saxta pasportla Azərbaycanı tərk edərək Belarusa yollanmasından sonra həyata keçirilib. Belarus hüquq-mühafizə orqanları cinayətkarı Bakıya geri yollayıblar və elə burada o, MİT əməkdaşları tərəfindən tutulub.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.