"Mən İlham Əliyevin komandasıyam"-Cavid Qurbanov


"Bakı-Gəncə üzrə sərnişin qatarı əvvəl 8 saata, bu gün isə 5 saat 30 dəqiqəyə gedir. Yeni sürət qatarında isə bu, 4 saat 30 dəqiqədir". 

Azadpress.az musavat.com-a istinadən  xəbər verir ki, "Azərbaycan Dəmiryolları"QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında belə deyib. 

O bildirib ki, gələcəkdə bu vaxt 3 saat yarıma qədər azaldıla bilər. 

"Birdən-birə risk etmək istəmirik. Yol üstündə keçidlər olur. Piyadalar qatar yollarının üstündən keçirlər. Əsas məsələ təhlükəsizlikdir. Bunun üçün yol kənarında keçidlər bağlanmalı, konfliktsiz yol keçidlərinə keçilməlidir. Yəni maşın keçidin altından, qatar isə üstündən keçir. C.Qurbanov Bakı-Gəncə marşrutu üzrə qatarların hərəkət sürəti barədə də danışıb. O qeyd edib ki, sınaq müddətində sürət saatda 159 km-ə qədər qalxıb: "Bəziləri deyirlər ki, Cavid Qurbanov sözünün üstündə durmur, dediyi söz yalan çıxır. Mən onlara mesaj göndərirəm ki, sözümün üstündə dayanıram. Çünki mən İlham Əliyevin komandasındayam. Bu açılış da cənab prezidentin yeni il hədiyyəsidir. Sınaq və hərəkətin tənzimlənməsi ayrı-ayrı şeylərdir. Hazırda sürət saatda 130 -135 km-dir.Qatarın texniki imkanları saatda 300 km-ə qədər hərəkətə icazə verir. Biz layihəni edəndə yolun maksimal sürətini saatda 160 km-ə qədər qoymuşuq. Gələcəkdə bu sürətin artımına doğru gediləcək". C.Qurbanov qeyd edib ki, Bakı-Gəncə marşrutu üzrə qatarlarda gedişhaqqının artırılması nəzərədə tutulmayıb: "Bu marşrut üzrə 3 dayanacaq nəzərdə tutulub. Bu da tələbata uygun tənzimlənəcək. Qatar Yevlaxda, Goranda, Gəncədə dayanacaq. Yevlaxda, Qarabağ zonasına və Şəki-Balakən istiqamətində gedənlər düşəcək. Gorana yaxın Nafatalan kurort mərkəzi olduğu üçün turist axını çoxdur".Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.