top of page

"Leyla Şıxlinskaya"nı alan şirkətin təsisçiləri gizli saxlanılır


Xəbər verildiyi kimi xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

Azadpress.az xəbər verir ki, Leyla Şıxlinskaya klinikası öz fəaliyyətini "Referans Qrup" şirkətinin idarəçiliyi altında davam etdirəcək.

Haqqin.az saytının sorğusuna əsasən Vergilər Nazirliyindən bildiriblər ki,klinikanın təsisçilərinin dəyişməsi haqqında məlumat veriləcək.Lakin təsisçilərin adları kommersiya sirri kimi məxfi saxlanılacaq.

Xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq edib.

Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. Belə ki, L. Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L. Şıxlinskaya ilə bu məbləğlə razılaşmayıb. Bundan əlavə, klinikada vergidən yayınma hallarının olduğuna dair də istintaq aparılıb.Azadpress.az


bottom of page