Azərbaycan nefti bahalaşır


Dünya birjalarında neftin qiyməti artıb.  Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,11 dollar bahalaşaraq 57,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,87 dollar artaraq 47,96 dollar təşkil edib. Azərbaycanın dünya bazarına çıxararaq satdığı xam neftin qiyməti də bahalaşıb. Belə ki, "Azeri LT CIF" markalı neftin 1 barelinin qiyməti 1,93 dollar və yaxud 3,43% artaraq 58,27 dollar təşkil edib.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.