top of page

Qısqanclıqdan qurtulmanın asan yolu


Qısqanclığın azı faydalı çoxu zərərlidir. Qısqanclıq müəyyən bir ölçüyə qədər əlaqələrə canlılıq qatar. Ancaq qısqanclığı şişirtsəniz nəticələri çox pis ola bilər. Gənc-yaşlı, qadın-kişi hər kəs həyatında ən az bir dəfə də olsa qısqanar. Aşiq olduğun adamın başqasına maraq göstərməsi, şübhəli davranışlar, aldatma… Qısqanclıq həm qısqananın, həm də qısqanılanın həyatını zəhər edə bilər. BBC, bu ,hər kəsə tanış olan bu duyğunu araşdırmışdır. Hərdənbir edilən qısqanclıq, əlaqələrin canlı qalmasını təmin edə bilər. Ancaq, narahat edici və məntiq xarici ölçülərə çatdığında, çox zərər verici ola bilər.

Qısqanclığın təsirlərini yüngülləşdirmək üçün nə edə bilərik? Psixoloq Paula Həll, qısqanclığın təsirlərini azaltmanın səbir və səy tələb etdiyini söyləyir. Hər kəsin qısqanma səbəbləri və hiss etdikləri fərqlidir. Psixoloq Ayala Malacha görə qısqanclıq, "Mövcud olan bir eşqə, əlaqəyə və ya onun keyfiyyətinə istiqamətli təhdidə bir reaksiyadır"… Qibtə və həsəddən fərqli olaraq ,həmişə üçüncü adam və itirmə qorxusu vardır. Qısqanan insan bir çox duyğunu eyni anda yaşayır, ağılından min cür fikir, düşüncə keçər, bir çox fərqli davranış formaları sərgiləyər.

Duyğular: Əzab,İztirab, əsəb, kin, kədər, həsəd, alçaldılma,inamsızlıq.

Düşüncələr: İncimə, günahlandırma, özünü rəqiblə müqayisə etmə, imicin sarsılmasından qorxma, özünə yazığı gəlmək. Davranışlar: Özünü əldən düşmüş hiss etmək, titrəmək və tərləmək, davamlı sual vermək və qarşındakından davamlı zəmanət istəmək, təcavüzkar davranışlar, hətta şiddət.

Öldürər də, dirildər də... Qısqanclıq dozasında olduğu müddətcə, var olan bir əlaqənin qorunmasını belə təmin edə bilər. Qarşındakına əmək verməyə, onun özünü qiymətli hiss etməsi üçün səy göstərməyə yönəldər. Üstəlik duyğuları gücləndirər, eşqin alovlanmasını təmin edər və sevişmələri daha ehtiraslı edər. Amma bir də eşqin dozasında olmadığı vəziyyətlər var…

Bəzən qısqanclıq xəstəliyə çevrılir. Məsələn həyat yoldaşı köhnə tanışı ilə rəqs etdiyi üçün bir kişi dava salar bilər və ya qadın həyat yoldaşının yeni müdiri gözəl bir qadın olduğu üçün hövsələdən çıxar. Bax, bu tərz qısqanclıqlar gərginlik yaradar. Qarşıdakı özünü qısqanclığa şərait yaratmamaq üçün davamlı təmkinli davranmaq, ehtiyatlı olmaq məcburiyyətində hiss edər. Vəziyyətin fərqində olan qısqanc tərəf isə özünü günahlandırma və haqlı çıxarma arasında qalar.

Qısqanclıqla necə mübarızə aparmaq olar? Cütlüklərə bəzən həyatı zəhər edən, ayrılmalarına belə gətirib çıxaran qısqanclıq duyğusu ilə mübarizə aparmaq, əslində heç də asan deyil. Uzun zaman və əmək istəyən bir mübarizə ola bilər. Əgər, qısqanclığınızın uşaqlığınızda yaşadıqlarınızdan qaynaqlandığını düşünürsünüzsə, bir psixoloqa müraciət etmənizdə fayda var.

Uşaqlığınızla əlaqədar əlaqə qura bilmirsinizsə o zaman bu nöqtələri nəzərdən keçirməniz faydalı ola bilər… Qısqanclığınızın həqiqi olub olmadığını nəzərdən keçirin. Onu niyə qısqandığınızı düşünün. Həqiqətən əlaqənizə istiqamətli bir təhdid söz mövzusudurmu? Sizin rəftarlarınız əlaqənizin pisləşməsinə səbəbdirmi? Öz özünüzü təlqin edin. Qısqanclıq əlamətləri hiss etdiyinizdə partnyorunuzun sizi sevdiyini, sizə bağlı olduğunu və sizə hörmət etdiyini xatırlayın. Sevilməyə layiq, xoş bir insan olduğunuzu və tərs gedən bir şeylərin olmadığını söyləyin öz özünüzə.

Yoldaşınız sizə göz açmağa belə imkan vermirsə…Hadisəyə fərqli bir baxımdan yaxınlaşın. Qısqanclığın sevgi əlaməti olduğunu xatırlayın. Dərhal özünü müdafiə etməyə keçməkdənsə, onu anlamağa çalışın. Öz davranışlarınızı nəzərdən keçirin. Müəyyən davranışlarınızın partnyorunuzun sizi qısqanmasına səbəb olduğunu bilirsinizsə, bu davranışlarınızı dəyişdirməyə çalışın.

Verdiyiniz sözləri yerinə yetirin, edə bilməyəcəyiniz sözlər verməyin. Onun etibarını qazanmağa çalışın. Ona, onu nə qədər sevdiyinizi söyləmək üçün hər fürsəti qiymətləndirin. Onu niyə sevdiyinizi izah edin. Kompliment deyin, gələcək xəyallarınızı paylaşın.Mənbə:qadin.az saytı.


bottom of page