ABŞ Rusiyaya hörmət etmir


Moskva Vaşinqtondan Rusiya vətəndaşı Dimitri Makarenkonun saxlanılmasının səbəbini açıqlamağı tələb edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Vaşinqtondan Rusiya vətəndaşının hüquqlarına tam şəkildə əməl edilməsini tələb edirik. ABŞ rəsmiləri ikili konsulluq razılaşmasını pozaraq 3 gün ərzində vətəndaşımızın saxlanılması barədə məlumat verməyib. Bu ilk dəfə deyil. ABŞ-ın beynəlxalq öhdəliklərə hörmətsizlik etməsi artıq norma halını alıb” - məlumatda bildirilib. Qeyd edək ki, Federal Təhqiqat Bürosunun agentləri ötən ilin dekabrın 29-da Şimali Marian adalarında Rusiya vətəndaşı Dimitri Makarenkonu saxalayaraq Florida ştatına aparıb. Makarenkonun hansı səbəbdən saxlanılması hələlik açıqlanmayıb.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.