Səudiyyə Ərəbistanında qadınların xəbəri olmadan boşanmanı qadağan edən qanun qəbul edilib. Buna görə də artıq qadınlar boşandıqları barədə xəbəri yazılı şəkildə ala biləcəklər. Azadpress.az xəbər verir ki, yeni qanun bazar günündən qüvvəyə minir. Məhkəmələr qadınlara boşanmaları barədə yazılı arayış təqdim etməlidirlər. Yerli qadın hüquqşünaslar yeni qanunun “gizli boşanmalara” son qoyacağını bildirirlər. Səudiyyə Ərəbistanında kişilər bu vaxta qədər qadınlarla bu məsələdə istədikləri kimi davranmaq hüququna malik olublar. Qadın haqları təşkilatları Səudiyyə Ərəbistanı üçün “böyük irəliləyiş” hesab olunan bu qanunla zərif cinsin nümayəndələrinin öz haqlarını daha təsirli şəkildə müdafiə imkanı qazanacağını, ailədəki vəziyyətləri barədə daim xəbər tutacaqlarını və alimentə belə, iddia edə biləcəklərini bildirirlər.
Yeni Musavat-a istinadən.