top of page

Gürcüstana gedənlərə "donuz qripi" xəbərdarlığı


Qonşu Gürcüstanda “donuz qripi” kimi tanınan H1N1 virusunun (donuz qripi) aşkarlanması Azərbaycanda da bu virusun yayılma təhlükəsini aktuallaşdırıb. Gürcüstanda artıq 8 nəfər bu virusdan dünyasını dəyişib.Yoluxma hallarının artdığını əsas götürərək demək olar ki, Gürcüstanda qrip epidemiyası var.

Hər həftə yüzlərlə vətəndaşımız Gürcüstana səfər edir.Belə olan halda orada bu ölümcül virusa yoluxma halı baş verə bilər.Bu səbəbdən Gürcüstana olan səfərləri azaltmalı və ya gedərkən peyvənd olunmaq lazımdır.

Hazırda qonşu ölkədə uşaqlar da daxil olmaqla, təxminən, 130 nəfər qrip virusundan xəstəxanada müalicə olunur. Respublikanın Baş infeksionisti Cəlal İsayev də mətbuata açıqlamasında açıqlamasında bildirib ki, qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanıbsa, bunun bizim ölkədə də yayılma ehtimalı var.

Dövlət Gömrük Komitəsi də əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə “donuz qripi” kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq profilaktik tədbirlər davam etdirilir.

“Yeni Müsavat”a danışan tibb elmləri doktoru Adil Qeybulla da vurğulayıb ki, insan ölümü ilə nəticələndiyi üçün donuz qripi təhlükəli virus sayılır:

“Donuz qripi” də qripin bir formasıdır. Yəni H1N1 virusunun bir subtitridir. Donuz qripi, quş qripi, insan qripi əslində simvolik adlardır. “Donuz qripi”nə ona görə bu adı oyublar ki, həm donuzlar, həm də insanlar yoluxur. Donuz qripi hava-damcı yolu ilə yoluxur. Bu baxımdan hava-damcı yolu ilə yoluxan infeksiyalar sərhəd tanımır. Yəni bu virus hər hansı dövlətin ərazisində yayılıbsa, bu onun sərhədləri ilə məhdudlaşacağı anlamına gəlmir. Virus başqa ölkələrə də keçə bilər, çünki insanlar daim miqrasiya edirlər və bəzən virus daşıyırlar. Onlara tam nəzarət etmək mümkün deyil. Ola bilər ki, xəstəliyin ağırlaşmış mərhələsində hər hansı insan görünüşü ilə diqqət çəksin və sərhəd keçid məntəqəsində saxlanılsın. Ancaq virusa təzə yoluxan, hələ tam xəstələnməyən adamı aşkarlamaq mümkün deyil, ola bilər ki, keçdiyi digər dövlətin ərazisində xəstəliyi aşkara çıxsın və yayılsın".

Qrip 4 karantin infeksiyadan biridir: vəba, taun, sarı qızdırma və qrip. Ona görə də bu məsələyə ciddi yanaşılmalıdır. Qripin əsas əlamətləri yüksək hərarət, öskürək, yuxarı tənəffüs yollarının qıcıqlanması, burundan su gəlməsi və sairdir. Əgər bu əlamətlər varsa, o insan dərhal təcrid olunmalıdır. Əllər daim sabunla yuyulmalıdır, spirt və digər antibakterial vasitələrdən istifadə olunmalıdır. Kollektivdə və ictimai nəqliyyatda birdəfəlik tibbi maskalardan istifadə də mütləqdir”.Azadpress.az


bottom of page