"Ərinə xəyanət edən qadın bilməlidir ki,bunun cəzası ağır olacaq.Konkret olaraq deyə bilərəm ki,xəyanət edən qadın əri tərəfindən ölümə məhkum edilə bilər."
Azadpress.az xəbər verir ki,bu sözləri tanınmış psixoloq Məlahət Səfərova deyib.
Psixoloq deyib ki, müsəlman kişilər öz həyat yoldaşını,bacısını,anasını özünün namus-kişilik simvolu kimi rəmzləşdirib.Xüsusən də Qafqazlı kişilərdə qədimdən belə bir mentalitet formalaşıb:
"Qafqazda qadın,papaq və bığ onun qeyrəti kimi qələmə verilib.Bir kişinin namusunu tapdalmaq ağır nəticələrə səbəb ola bilərdi.İndi də belə məsələlər mövcuddur.Ərinə xəyanət edən qadın bilməlidir ki,bunun cəzası ağır olacaq.Konkret olaraq deyə bilərəm ki,xəyanət edən qadın əri tərəfindən ölümə məhkum edilə bilər.Arvadının xəyanəti kişinin birbaşa olaraq şərəfinin alçaldılması kimi qəbul olunur.Kişilər belə xəyanəti və ya onun arvadına,nasına,bacısına sataşmağı birbaşa özlərinə təcavüz kimi dəyərləndirirlər.Qadınına sataşan şəxsi də kişi qətlə yetirə bilər.Bu çox üzücü və dəhşətli bir faktordur. Xəyanət edən qadın özünü və övladını ölümcül təhlükəyə atmış olur. Qəzəbli ər arvadı ilə yanaşı qisas olaraq uşağa da xəsarət yetirə bilər.Bu səbəbdən qadınlarımıza demək istyirəm ki,əgər bir kişini sevmirlərsə,öz həyatlarını təhlükəyə atıb xəyanət yolunu tutmasınlar.Sadəcə boşansınlar və ya aralarındakı problemi həll etsinlər"Azadpress.az