Azərbaycanda uşaqlara ən çox bu dini adlar veirlir


2018-ci ildə Azərbaycanda yeni doğulan oğlan uşaqlarına daha çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulub.

Azadpress.az xəbər verir ki, ötən il Azərbaycanda 2 505 oğlana Yusif, 2 129 oğlana Əli, 1 929 oğlana Hüseyn, 1 569 oğlana Ömər, 1 381 oğlana Məhəmməd adı qoyulub.

Ötən il oğlanlara çox qoyulan adlar sırasında Murad, Uğur, Ayxan, Tunar, İsmayıl və s. də olub.

2018-ci ildə 2 515 qıza Zəhra, 1 700 qıza Nuray, 1 408 qıza Fatimə, 1 604 qıza Zeynəb, 1 610 qıza Aylin, 1595 qıza Məryəm adları verilib.

Qızlara qoyulan adlar sırasında isə Mələk, Ayan, Dəniz, Mədinə, Xədicə, Leyla və s. də yer alıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.